Türkiyə və Azərbaycanın parlament sədrləri regional məsələləri müzakirə ediblər

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova arasında görüş olub.

Metbuat.az xəbər verir ki, bu barədə N.Kurtulmuş tviterdə yazıb.

O bildirib ki, görüş zamanı iki ölkə arasındakı əlaqələr, həmçinin, regional məsələlər müzakirə olunub.

N.Kurtulmuş və S.Qafarova parlamentlərarası əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, N.kurtulmuş Azərbaycanda səfərdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı