UEFA "Real"ın Arda Gülər transferini ləğv edir? - Hesabatda "problem" var

“Real Madrid” son maliyyə nəticələrinin açıqlanmasından sonra maliyyə fəaliyyəti ilə bağlı bəzi ciddi suallarla üzləşib.

Metbuat.az xəbər verir ki, “Real” bəzi xərcləri barədə məlumat verməyib. “The Telegraph”dan Sem Uollesin sözlərinə görə, rəhbərlik klub xərclərinin 20 faizinin niyə hesaba alınmadığının təfərrüatlarını açıqlamaqdan imtina edib.

Məlumata görə, klubun xərclərinin təqribən 135 milyon avrosu "digər əməliyyat xərcləri" adlı kateqoriyaya daxildir. Bu xərcin 122 milyon avrosunun hansı sahəyə xərcləndiyi barədə məlumat verilmir.

Bu məsələnin “Mançester Siti” kimi klubların maliyyə feyr-pley qaydalarının pozulmasına görə ciddi nəzarət altında olduğu bir vaxtda KİV-lərdə dərc edilməsi diqqət çəkib.

“Real Madrid”in mühasibat hesablamalarının FFP-yə uyğun olmadığı qəbul edilərsə, UEFA-nın başlayacağı araşdırma çərçivəsində kluba transfer qadağası da daxil olmaqla bəzi cəzalar tətbiq edilə bilər.

Belə olan halda “Real”ın Bellinqhem və Arda Gülər kimi son transferlərinə lizenziya verilməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı