Türk nəhəngindən təklif alan ulduz futbolçudan gözlənilməz qərar

Türkiyə klubları ilə də adı hallanan Pyer-Emerik Obameyanq qərarını verib.

Metbuat.az xəbər verir ki, futbolçu Türkiyə çempionatında oynamaqdan imtina edib. "Çelsi"də heyətdən kənarda qalan Pyer-Emerik Obameyanq “Marsel” klubuna keçməyə qərar verib. Məlumata görə, qabonlu ulduz “Marselin” müqavilə şərtlərini qəbul edib. “L'Equipe” qəzetinin məlumatına görə, 34 yaşlı Obameyanq “Marsel”lə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq ötən mövsümün əvvəlində "Çelsi" ilə 2 illik müqavilə imzamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı