ÇL: "Qarabağ"ın növbəti mərhələdə rəqibi bilindi

Çempionlar Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə keçirilən “Flora” (Estoniya) - “Rakuv” (Polşa) görüşündən sonra "Qarabağ"ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Tallində keçirələn qarşılaşmada "Rakov" 3 cavabsız qolla qalib gələrək 2-ci təsnifat mərhələsinə yüksəlib..

"Flora" (Estoniya) - "Rakov" (Polşa) - 0:3

Qollar: Zvolinksi, 47, 59, Papanikolau, 85

İlk oyun - 0:1

Beləliklə, Polşa təmsilçisi "Qarabağ" - "Linkoln" cütünün güclüsü ilə qarşılaşacaq

Xatırladaq ki. Cəbəllütariqdə "Linkoln"a 2:1 hesabı ilə qalib gələn “Qarabağ” bu gün Bakıda rəqibi ilə cavab matçına çıxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı