Məsafəni düzgün saxlamayan sürücü qəza törətdi - VİDEO

Ara məsafəsinin düzgün saxlanılmaması səbəbindən qəza baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumatı yayıb.

Qeyd edilib ki, yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında Heydər Əliyev prospektində baş verib.

Məlumatda həmçinin qeyd edilib ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. (YHQ Maddə 50, III bənd).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı