“Fənərbaxça” ulduz futbolçunu transfer edir

Duşan Tadiçi heyətinə qatan “Fənərbaxça”, Vilfrid Zahanı transfer etmək üzrədir.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” "Kristal Pelas"ın hücumçusuna yaxşı şərtlərlə təklif göndərib. “Sky Sports”un məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Ettifaq” klubu Zahanın transferindən geri çəkilib. Ulduz futbolçunun qarşısında hazırda iki variant var. Zaha ya “Kristal Palas”da qalacaq, ya da “Fənərbaxça”nın təklifini qəbul edəcək. Məlumata görə, 30 yaşlı cinah yarımmüdafiəçisi yeni klubda macaraya başlamaq istədiyi üçün “Kristal Palas”dan ayrıla bilər.

Qeyd edək ki, peşəkar futbolçu karyerasına “Kristal Pelas”da başlayan Zaha 2013-cü ildə “Mançester Yunayted”ə keçib. “Yunayted”də qala bilməyən cinah oyunçusu müvafiq olaraq “Kristal Pelas”, “Kardiff Siti” və yenidən “Kristal Pelas”a icarəyə verilib. Zaha 458 matçda 90 qol vurub və 76 məhsuldar ötürmə edib. Zahanın "Kristal Pelas"la müqaviləsi başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR