Azərbaycan bu ilin yanvar-iyun ayları ərzində 12,9 milyon dollar dəyərində 6 min ton süd idxal edib.
Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 58,5% və ya 4,7 milyon dollar çoxdur.
Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.16%-ni təşkil edib.