Bayrağımız Beynəlxalq Olimpiya Komitəsinin binası qarşısında

Azərbaycan bayrağı Beynəlxalq Olimpiya Komitəsinin binasının qarşısında dalğalanır.

Metbuat.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov tviter hesabında bildirib.

“Bu gün Beynəlxalq Olimpiya Komitəsinin binasının qarşısında üçrəngli bayrağımız dalğalanır”, - nazir sosial şəbəkə hesabında yazıb

Qeyd edək ki, müasir olimpiya hərəkatının ali rəhbər orqanı sayılan Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahı İsveçrənin Lozanna şəhərindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR