DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Xəzər rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb.
Metbuat.az xəbər verir ki, idarədən verilən məlumata görə, bu gün saat 11:10 radələrində paytaxtın Xəzər rayonunda Dübəndi-Zirə yolunun 23-cü kilometrliyində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, “Toyota Prius” markalı, 77-KD-762 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü şlaqbaumsuz dəmir yolu keçidindən keçərkən qatarla toqquşub. Toqquşma nəticəsində avtomobilin sürücüsü və iki nəfər sərnişini xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
12:46
Dübəndi-Zirə dəmir yolu xəttində qəza olub.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Qeyd eidlib ki, saat 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində ADY-yə məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib.
Maşinist tərəfindən təcili tormozlanma aparılsa da, toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisə aidiyyəti üzrə araşdırılır.