Mbappenin transferinə anası qərar verir - Gözlənilməz seçim

PSJ-dən ayrılacağı iddia edilən Kilian Mbappenin hansı kluba gedəcəyinə onun anası Fayza Lamari qərar verir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fayza Lamari oğlunun karyerasına böyük təsir göstərir və onun transfer prosesində mühüm rol oynayır.

“AS” qəzetinin köşə yazarlarından Alfredo Relanonun İspaniya mətbuatına açıqlamasına görə, Fransa millisinin də bütün oyunçuları Lamariyə böyük hörmət bəsləyir.

İddia edilir ki, rəsmi FİFA meneceri olmayan, lakin Mbappenin meneceri kimi bütün kritik qərarlara imza atan Lamari, oğlunun PSJ ilə müqavilə uzatmasına qarşıdır. O, Mbapppenin azad agent kimi klubdan ayrılmasına çalışır.

Ana PSJ prezidenti Nasser Al Xelaifi ilə “Real Madrid” prezidenti Florentino Peres arasında çətin vəziyyət yaradaq planını icra etməyə çalışır. Məqsəd Mbappennin azad agent kimi yeni kluba qoşularaq, böyük miqdarda bonus əldə edə bilməsidir.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi gələn il başa çatır. Ötən il Mbappenin PSJ ilə müqavilə uzatmasına da anası qərar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı