“Məhərrəmlikdə sinə döyənlər cahil adamlardır” - Xeyrəddin Qoca

Artıq ölkəmizdə Məhərrəm ayı başlayıb. Sosial şəbəkələrdə "Hər gün Aşura, hər yer Kərbəla" şüarı yenidən populyarlaşıb. Bu mövqedə olanların arasında xeyli ziyalını da görmək mümkündür.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı-publisist Xeyrəddin Qoca bildirib ki, Məhərrəm ayı heç Ərəbistanda da keçirilmir:

"Birinci məsələ: Niyə məhərrəmlik Ərəbistanda keçirilmir, amma Azərbaycanda 60 gün davam edir?

Azərbaycanda bu məhərrəmlik aşiqləri niyə "əl qatıblar" özlərinə?

İkinci məsələ:

"Ziyalı" dediklərinizin məhərrəmliklə nə əlaqələri ola bilər? Cavabı odur ki, onlar ziyalı deyil! Ümumiyyətlə, mən Azərbaycanda ziyalı tanımıram! Ziyalı Üzeyir Hacıbəyova, Cəlil Məmmədquluzədəyə, Mirzə Ələkbər Sabirə, Həsən bəy Zərdabiyə deyirdilər! Mənə bir ziyalı göstərin ki, xalqımız onun arxasınca gedə bilər? Hərə cibinə bir diplom qoyub deyir "mən ziyalıyam"! Utanmırlar da!

Bir əhvalat yadıma düşdü. Mən 40 ildən çoxdur ki, Azərbaycan televiziyalarında çıxışlar edirdim. Son zamanlar televiziyalarımız xalqın gözündən düşdüyü üçün (səbəbləri hamıya məlumdur...) mən televiziyalara demək olar, getmirəm. Zəng edirlər ki, "siz ziyalısınız, gəlin, çıxışlarınız maraqlı olur", deyirəm ki, "elə mənə "ziyalı" dediyiniz üçün gəlməyəcəyəm!" Onlara anlatmağa çalışıram ki, hamıya "ziyalı" deməsinlər!"

Onun sözlərinə görə, bu ayda sinə döyənləri qətiyyən ziyalı adlandırmaq olmaz:

"Məhərrəmlikdə sinə döyən ziyalılar isə ziyalı ola bilməzlər, ən cahil adamlardırlar! Çoxları "ziyalı" adı ilə xalq arasında baş dolandırır. Xalqın gözü isə tərəzidir..."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı