Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidentini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanı qəbul edib.

Metbuat.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qonağı salamlayan nazir onu növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Görüşdə təşkilatla ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib və gənclər siyasəti mövzusunda fikir mübadiləsi aparılıb.

Taha Ayhan səmimi qəbula görə minnətdarlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı