İsveç klubundan Musa Qurbanlıya xoş xəbər

İsveç "Yurqorden"i yay transfer pəncərəsində heyətinə qatdığı Azərbaycan millisinin futbolçusu Musa Qurbanlını UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün sifariş edib.

Metbuat.az-ın məlumatına görə, İsveçrə "Lütsern"i ilə matçlar üçün Avropa futbol qurumuna göndərilən 23 nəfərlik iştirak ərizəsində 21 yaşlı hücumçunun da adı var.

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"ə "Qarabağ"dan keçib Gənc forvard Stokholm təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR