İlbər Ortaylıya "cahil" deyən siyasətçi özü gülünc duruma düşdü - FOTO

Türkiyəli siyasətçi İbrahim Melih Gökçek türkiyəli tarixçi, akademik və yazıçı İlber Ortaylıya "cahil" deyib.

Metbuat.az "Olke.az"a istinadən xəbər verir ki, M.Gökçek tvitterdə İ.Ortaylının Lozanna müqaviləsi ilə bağlı çıxışını retvit edərək “haydi ordan çoxbilmiş cahil” sözlərini yazıb.

Cahilliklə bağlı çıxışları ilə tez-tez zarafat mövzusu olan İ.Ortaylıya “cahil” deyilməsi isə Türkiyədə birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçilərinin M.Gökçeyə verdiyi cavablar da xeyli maraq doğurub.

“Sən yerin altından jelibon çıxdığını zənn edən birisən, Nəinki İlbər Ortaylı, hər hansı bir Türkiyə vətəndaşına "cahil" deyəcək son insanlardan birisən”.

“Bu ölkənin yetişdirdiyi bəlkə də ən böyük tarixçilərdən birinə “cahil” demək cürətini özündə necə tapır başa düşə bilmirəm”.

“Son günlərdə məni ən çox güldürən Melik Gökçekin İlber Ortaylıya cahil deməsi oldu” və s. şərhlər yazılıb.

Qeyd edək ki, M.Gökçek 1994-2017-ci illərdə Ankara Böyük Şəhər Bələdiyyəsinin başçısı olub. O, illər əvvəl Adıyamanda 6 milyard dollarlıq jelibon rezervinin olması ilə bağlı sosial şəbəkələrdəki paylaşımın doğru olduğunu zənn edərək canlı yayım zamanı "Yerin altında 6 milyard dollar dəyərində jelibon tapılıb” sözlərini deyib. Gökçek aparıcının "saxta xəbər olmasın” sualına isə “yox, saxta deyil, rəsmidir” cavabını verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı