Liderlər Rusiya-Afrika görüşünə qatılmaq istəmir

Afrika liderlərinin böyük əksəriyyəti Rusiya-Afrika sammitində iştirak etməmək qərarına gəlib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, sammitdə Afrika qitəsinin 54 ölkəsindən yalnız 17-ni dövlət başçıları təmsil edəcək.

10 ölkə baş nazirlərini, qalanları baş nazirin müavini, nazir və ya sadəcə səfirin rəhbərlik etdiyi nümayəndə heyətlərini göndərəcək. Beş Afrika ölkəsi isə, ümumiyyətlə, sammitə qoşulmayacaq.

Qeyd edək ki, Rusiya-Afrika sammiti iyulun 27-28-nə planlaşdırılıb və Rusiya Prezidenti Vladimir Putin ölkəyə gələn Afrika liderlərinin hər biri ilə şəxsən görüşmək niyyətində olduğunu bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı