Azərbaycanlı futbolçu Bolqarıstan klubunda qol hesabını açdı

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov bu yay transfer olunduğu Bolqarıstanın "Arda" komandasında qol hesabını açıb.

Metbuat.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçi yerli "Etar"la yoldaşlıq oyununda fərqlənib.

21-ci dəqiqədə rəqib qapısına yol tapan gənc oyunçu matçdakı ilk qolun müəllifi olub.

Qeyd edək ki, qarşılaşma "Arda" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı