SOCAR-ın 3 keçmiş vitse-prezidentinə vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha 3 keçmiş vitse-prezidentinə - Xalik Məmmədov, Yaşar Lətifov və Daşqın İsgəndərova şirkətdə yeni vəzifə verilib.

Metbuat.az “Report"a istinadən xəbər verir ki, onlar SOCAR prezidenti Rövşən Nəcəfin müşavirləri təyin ediliblər.

Xatırladaq ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov da R.Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. O, həmçinin “Petkim”in İdarə Heyətinin sədri, "SOCAR Türkiyə" və "SOCAR Ukrayna" şirkətlərinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı