Bu bürclər problemlə qarşılaşacaq

Astroloqlar avqustun 2-si üçün bəzi bürcləri xəbərdar ediblər.

Metbuat.az xəbər verir ki, müəyyən qərarlar və ya razılaşmalar onları təkrar düşünməyə sövq edəcək. Bəzən maneələrlə qarşılaşa bilərsiniz. Sizi təhdid edən və ya düşmənçilik hissləri yaradan vəziyyətlərə qarşı diqqətli olmalısınız.

Gün ərzində düşüncələrinizdə çevik olmaq, xüsusən də axşam saatlarında daha dözümlü olmaq tələb olunacaq. Bu günlərdə toplanmış stresslərin ortaya çıxdığını görə bilərik. Bu da münasibətlərimizdə daha mürəkkəb vəziyyətlərə səbəb ola bilər.

Bu gün ehtiyatlı davranmalı olan bürclərdən biri Qızlardır. Yaxınlıqda daha müdrik biri varsa, məsləhət alın, təcrübə daha az səhv etməyə kömək edəcək.

Tərəzilər, siz irəliyə addım atmağın vaxtının gəlib çatmadığını düşünəcəksiniz, amma siz çox məşğul olduğunuz üçün bu addımları atmağa vaxtınız olmayacaq.

Dolçalar bu gün dost saydığınız insanlardan uzaq durun, çünki onlar sizə təşəkkür etməkdənsə, əslində yardımınızı pisləyə, sizi çətin vəziyyətə sala bilərlər.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı