Amerikalı jurnalistlər Ağalı kəndini ziyarət ediblər - FOTO

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Füzuli rayonunu ziyarət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının təcəssümü olan dağıdılmış, viran qoyulmuş kəndləri, qəsəbələri seyr edib və Merdinli kəndindəki məscidə baxış keçiriblər.

İşğal illərində Qarabağ ərazisində yerləşən bir çox məscidlərin erməni vandalları tərəfindən dağıdıldığı, onların bir qismindən başqa məqsədlər üçün istifadə olunduğu, bəzi məscidlərdə, o cümlədən Merdinli kənd məscidində də mal-qara və donuz saxlanıldığı diqqətə çatdırılıb.

Qonaqlar Füzuli Beynəlxalq Hava Limanı və Füzuli şəhərində salınan yeni yaşayış kompleksi ilə də tanış olublar.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndində olan qonaqlara məlumat verilib ki, “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış bu yaşayış məskəninə “Böyük Qayıdış” proqramına uyğun olaraq əhali köçürülüb və bu proses davam etməkdədir. Ağalı kəndində müasir şəhərsalma standartlarının tətbiq olunduğu, ən müasir texnologiyalardan istifadə edildiyi, köçürülmüş əhali üçün bütün infrastrukturun yaradıldığı vurğulanıb. Bildirilib ki, müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı