"Rakuv"la oyundan öncə stadionda təəccüblü görüntü - FOTO

Xəbər verdiyimiz kimi "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxır.

Metbuat.az məlumatına görə, Ağdam təmsilçisi Polşanın "Rakuv" komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Matçdan əvvəl stadionun iri monitorundakı hesab diqqət çəkib. "Qarabağ" və "Rakuv"un bayraqları olduğu monitorda, "Qarabağ"ın 5-0 hesablı qələbəsi əks olunub.

Foto: Asəf Zeynallı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR