“Qarabağ” - “Rakuv” oyununun ilk hissəsi qolsuz başa çatdı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” və “Rakuv” oyununda birinci hissə başa çatıb.

Metbuat.az xəbər verir ki, komandaların cəhdlərinə baxmayaraq, matçın birinci hissəsində qapılara top vurulmayıb – 0:0.

Qeyd edək ki, “Qarabağ”ın start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Tural Bayramov, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir, Redon Cica çıxıblar.

“Rakuv”un start heyətində isə Vladan Kovaçeviç, Stratos Svarnas, Qustav Berqqren, Zoran Arseniç, Boqdan Rakovitsan, Fran Tüdor, Cin Karlos, Yannis Papanikolau, Martsin Tsebulya, Lukaş Zvolinski və Con Yeboa yer alıblar.

Qarşılaşmanı almaniyalı baş hakim Sven Yablonski idarə edir.

Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Rakuv” 3:2 hesablı qələbə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı