Azərbaycan cüdo millisinin Berlindəki təlim-məşq toplanışı başa çatdı

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Almaniyanın paytaxtı Berlində keçirilən təlim-məşq toplanışını başa vurub.

Metbuat.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, avqustun 31-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə başlayan hazırlıq prosesində yığmanın 12 oğlan və 4 qız üzvü iştirak edib.

Cüdoçulara oğlanlardan ibarət millinin baş məşqçisi Elxan Məmmədov, məşqçisi Elxan Rəcəbli və qızlardan ibarət komandanın məşqçisi Vüqar Hüseynov rəhbərlik ediblər.

Təlim-məşq toplanışı sentyabr və oktyabrda baş tutacaq gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı