Özəl məktəblərdə də vahid forma olacaq? - Nazirlikdən AÇIQLAMA

Məktəbli formaları ilə bağlı qərar yalnız dövlət ümumi təhsil müəssisələrinə şamil edilir.

Metbuat.az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

“Özəl ümumi təhsil müəssisələri bu məsələni öz nizamnamələrinə uyğun şəkildə tənzimləyirlər”, - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı