Kök qadın qohumunu yarışa göndərən federasiya prezidenti işdən qovuldu - VİDEO

Somalinin Atletika Federasiyasının prezidenti Xadijo Dahirin vəzifəsindən azad edilməsi ilə bağlı maraqlı məlumat dərc edilib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, federasiya prezidentinin işdən qovulmasına səbəb onun çəkili və fiziki cəhətdən yarışı çətinliklə bitirən qadın idmançını turnirə göndərməsi olub. Məlumata görə, yarışa göndərilən qadın federasiya prezidentinin yaxın qohumu olub. Qohumunu yarışa göndərən Dahir barəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "millətə böhtan atmaq" ittihamları ilə istintaq başladılıb.

Qeyd edək ki, Çində 100 metr məsafəyə qaçış yarışına qatılan 20 yaşlı Nəsra Abukar Əlinin artıq çəkili və hazırlıqsız olması somalililərin etirazına səbəb olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı