Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Metbuat.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum edilmiş İlham Bəyiş oğlu Quliyevə qohumu Nağı Mahmud oğlunun gətirdiyi sovqatda qaynadılmış ətin içərisində gizlədilmiş 2,209 qram marixuana və 3,545 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.