Masazır klubundan ayrılıb Səudiyyəyə keçdi

"Sabah"ın düşərgəsində ayrılıq baş verib.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, komandanın liderlərindən biri olan Con Leys Mikels Masazır klubundan ayrılıb.

Səudiyyə Ərəbistandan yaxşı təklif alan almaniyalı legioner klubunu dəyişməyə qərar verib.

29 yaşlı futbolçu 2021-ci ildən "Sabah"ın şərəfin qoruyur. O, arxada qalan müddətdə meydana çıxdığı 68 oyunda 32 qol, 19 asistlə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı