Püşk atıldı - “Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III raundda Finlandiya təmsilçisi HİK-ə qalib gələrsə, növbəti mərhələdə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.

"Qarabağ" - HİK cütünün qalibi ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı