Xəbər verdiyimiz kimi, ötən gün dəhşətli yol qəzasında məşhur şairə Cığatelin nəvəsi faciəvi şəkildə vəfat edib.
Metbuat.az xəbər verir ki, həlak olan 9 yaşlı Süleyman Qasımovun sosial şəbəkələrdə fotosu yayılıb.
Həmin fotonu təqdim edirik.
Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri 1987-ci il təvəllüdlü Ayaz Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun 9 yaşlı oğlu Süleyman Qasımov isə həyatını itirib. Qəzada ağır yaralanan Ayaz Qasımov şairə Cığatelin oğludur.