Lənkəranda dənizdə iki nəfər boğularaq ölüb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, dənizdə meyitləri tapılanlar - 2001-ci il təvəllüdlü Ramin Tahir oğlu Məmmədzadə və 2008-ci il təvəllüdlü Aysu Rafiq qızı Qəhrəmanzadə olub.
2003-cü il təvəllüdlü Zeynəb Ramin qızı Əliyeva sudan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Zeynəb və Aysu xalaqızıdılar.
Onlar dənizdə çimərkən boğulmaq təhlükəsi yaranıb.
İdmançı olan Ramin özünü qızlara çatdırıb və Zeynəbi xilas edə bilib.
O, Aysunu xilas edərkən hər ikisi boğulub.
Meyitlər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.