Koronavirusun daha bir alt variantı sürətlə yayılır - XƏBƏRDARLIQ

Böyük Britaniyada COVID-19-un Omicron variantının alt variantı olan Eris (EG.5.1) artıq bütün ölkəyə yayılıb.

Metbuat.az xəbər verir ki, hazıra koronavirusun bu alt variantları ABŞ-də və Böyük Britaniyada təşviş yaradıb. Bu variantın simptomları əvvəlki variantlardan fərqlənmir. Boğaz ağrısı, burun axması, tıxanıqlıq, öskürək və qızdırma hlları müşahidə edilir.

İnfeksionistlərin sözlərinə görə, Eris (EG.5.1) əvvəllər olduğu kimi ciddi bir karantin qaydalarına səbəb olmasa da, müəyyən qədər təsiri görüləcək.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı yeni variantla bağlı hər hansı bir təhlükə barədə məlumat verməyib.

Gələn həftə virusun yayılma tempi ilə son qərarın veriləcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı