Bakıda restoranın həyətyanı sahəsində qanunsuz ağac kəsilib

Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən "Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib.

O bildirib ki, araşdırma zamanı ağacın sözügedən restoran tərəfindən kəsildiyi aşkarlanıb: "Faktla bağlı akt tərtib edilib. Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı