Son günlərin isti havasında neçə nəfəri gün vurub? - Sorğuya CAVAB

TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7-11 avqust tarixlərində günvurma ilə bağlı 17 müraciət daxil olub.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 10 nəfəri qadın, 7 nəfəri kişidir. Müraciət edən şəxslərdən 13 nəfəri böyük, 4 nəfəri uşaqdır. Ümumilikdə müraciət edən şəxslərdən 11 nəfəri hospitalizasiya edilib.

Qeyd edək ki, iyul ayı ərzində günvurma ilə əlaqədar 45 müraciət qeydə alınıb. İyul ayı ərzində günvurma ilə bağlı olaraq, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 45 nəfər müraciət edib. Onlardan 21-i qadın, 24-ü kişi, 38 nəfəri böyük, 7-si isə uşaq olub. Müraciət edən böyüklərdən 9-u qadın, 7-si kişi olmaqla 16 nəfər, uşaqlardan isə 4-ü hospitalizasiya edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı