Arda Gülər əməliyyat olunur? - Baş məşqçidən AÇIQLAMA

Ötən ayın əvvəlində İspaniyanın "Real Madrid" klubuna keçən Türkiyə millisinin futbolçusu Arda Güler çətin zamanlardan keçir.

Metbuat.az xəbər verir ki, gənc futbolçu zədə səbəbindən sağ dizindən əməliyyat olunacaq.

Baş məşqçi Karlo Ançelotti Arda Gülərlə bağlı açıqlamalar verib. Onun sözlərinə görə, əgər əməliyyat baş tutsa, Ardanın meydana geri dönməsi daha tez zamanda baş tutacaq: "Kiçik bir problemi var. Yaxın zamanda sağalacaq".

Qeyd edək ki, Arda Güler "Real Madrid"ə "Fənərbağça"dan transfer olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı