ABŞ-nin Çikaqo şəhərində elm adamları təbiətdəki yeni bir qüvvənin varlığını kəşf etməyə yaxın olduqlarını açıqlayıblar.
Metbuat.az "BBC"yə istinadən xəbər verir ki, araşdırma uğurla başa çatacağı halda kainatdakı bütün zərrəciklərin bir-biri ilə qarşılıqlı əlaqəsini təmin edən 5-ci əsas qüvvə tapılmış olacaq.
Araşdırmaçılar müon adlandırılan atom altı parçacıqların mövcud atom altı fizika teoremindən fərqli şəkildə davrandığını göstərən dəlillər tapıblar. Buna görə də, müonlar üzərində bilinməyən bir qüvvənin təsiri olduğu düşünülür.
Bu nəticələri təsdiq etmək üçün alimlərin daha çox məlumata ehtiyacı var və əgər bu baş versə, fizika tarixində inqilab olacaq.