Aktrisa Ülviyyə Əliyeva Muz TV-də işə başlayıb.
Metbuat.az Axsam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb.
O bildirib ki, artıq yeni layihəsinin çəkilişlərinə başlanılıb: "Proqram "Qırmızı çamadan" adlanır. Sentyabrdan izləyə bilərsiniz. "Zəhmətkeş ulduzlar"la bənzər versiyadadır".
Qeyd edək ki, Ü. Əliyevanın "Zəhmətkeş ulduzlar" verilişi "Space TV"də yayımlanırdı. Aktrisa bundan əvvəl ARB və "Space TV"də çalışıb.