"Beşiktaş" "Neftçi" ilə oyunöncəsi azarkeşləri sevindirdi

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi "Beşiktaş" İngiltərə "Liverpul"u ilə müqaviləsinin müddəti başa çatan Aleks Oksleyd-Çemberleni heyətinə qatıb.

Metbuat.az xəbər verir ki, "Beşiktaş" 30 yaşlı yarımmüdafiəçini azad agent kimi transfer edib. Futbolçu ilə 2 illik müqavilə imzalanacaq. Onun yeni klububnda məvacibi illik 2 milyon avro olacaq.

Qeyd edək ki, bundan əvvəl "Beşiktaş"ın Aleks Oksleyd-Çemberleni transfer etməkdən imtina etdiyi barədə məlumat dərc edilmişdi. "Beşiktaş"ın bundan əvvəl istədiyi futbolçuların digər türk nəhəngləri tərəfindən transfer etməsi, azarkeşlər tərəfindən tənqid edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı