Ərəblər türk ulduzla razılığa gəldi - Sürpriz transfer

İtaliyada "Atalanta" forması geyinən türk futbolçu Merih Demiral klubdan ayrılmaq üzrədir.

Metbuat.az bildirir ki, bu barədə məşhur insayder Fabrizio Romano yazıb. Məlumata görə, Merih Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Əhli" ilə razılaşıb. Qarşıdakı 24 saat içində tərəflərin müqavilə imzalayacağı gözlənilir.

Ərəblərin Merihin transferi üçün 20 milyon avro ödəyəcəyi iddia edilir.

Qeyd edək ki, Merih Demiral ötən mövsüm İtaliyada 28 matça çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR