Ağır qəza törədən blogeri bu cəza gözləyir - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bloger, sosial şəbəkələrdə "Nikosayağı" kimi tanınan Nicat Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə Heydər Əliyev prospektində Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb.

Nəticədə avtomobildə olan Nicat Şakirlinin dostu, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Nicat Şükürlünün qolu amputasiya olunub, reanimasiyadadır. Hadisə yerinə kömək etmək üçün gələn vətəndaş Fəxri Rüstəmov xəsarət alıb. Nəqliyyatın hərəkətinin tənzimləməyə çalışan polis əməkdaşını isə maşın vurub.

Bəs sürücü Nicat Şakirlini qəza səbəbilə hansı cəza gözləyir?

Metbuat.az "Sfera.az"a istinadən bildirir ki, vəkil Mehman Muradlı ekspertiza rəyindən sonra məsələnin aydınlaşacağını qeyd edib:

"Sürücü əgər sükanda olarkən içkili vəziyyətdə olubsa, bu zaman onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər sürücü sükan arxasında içkili olmayıbsa, bu zaman 2 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər. Ekspertiza rəyindən sonra tətbiq ediləcək cəza arta, yaxud azala bilər".

Vəkil sözügedən hadisə ilə bağlı azadlıqdan məhrumetmə cəzasına alternativ olaraq cərimə tətbiqinin qanunla nəzərdə tutulmadığını da qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı