Türk futbolçu Səudiyyə Ərəbistanına getdi - Gözlənilməz transfer

Uzun illərdir Avropada futbol oynayan türk futbolçu Merih Dəmiral yeni macəraya yelkən açıb.

Metbuat.az xəbər verir ki, Merih Demiral “Əl-Əhli” klubu ilə razılığa gəlib. Bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat verib.

Məlumata görə, Səudiyyə Ərəbistanı klubu həm “Atalanta” həm də futbolçunun özü ilə detalları razılaşdırıb. “Əl-Əhli” Merih Demiralla 3 illik müqavilə imzalayacaq.

Futbolçu illik 11 milyon avro qazanacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı