Ceyhun Bayramov rusiyalı həmkarı ilə danışdı

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər beynəlxalq və regional gündəliyə dair məsələlərdən danışıb.

Onlar Qarabağ ətrafında vəziyyəti müzakirə edərək Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişin icrasının zəruriliyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı