Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda altıncı turun ilk klassik partiyası keçirilib (kişilər arasında 1/4 final, qadınlar arasında 1/2 final).
Metbuat.az xəbər verir ki, altıncı turun ikinci klassik partiyası avqustun 16-da baş tutacaq.
Kişilər arasında dünya çempionatının 1/4 final mərhələsinin ilk partiyasının nəticələri:
Qukeş Dommaraju (Hindistan) - Maqnus Karlsen (Norveç) - 0-1;
Rameşbabu Praqnanandha (Hindistan) - Arjun Erigaisi (Hindistan) - 0-1;
Leynier Dominqes Peres (ABŞ) - Fabiano Karuana (ABŞ) - 0,5-0,5;
Santoş Qucrati Vidit (Hindistan) - Nicat Abasov (Azərbaycan) - 0,5-0,5.
Qadınlar arasında dünya çempionatının 1/2 final mərhələsinin ilk partiyasının nəticələri:
Anna Muzıçuk (Ukrayna) - Nurgül Səlimova (Bolqarıstan) - 0,5-0,5;
Tan Zhongyi (Çin) - Aleksandra Qoryaçkina (FİDE) - 0-1.
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.
FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.
FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.