"Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı

"Neftçi" bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Bakı klubu İstanbulda "Beşiktaş"ın qonağı olub. Görüş "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi" Bakıdakı ilk qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzub. Beləliklə, paytaxt təmsilçisi Konfrans Liqasında mübarizəni dayandırıb.

17 avqust

22:00. "Beşiktaş" (Türkiyə) - "Neftçi" (Azərbaycan) - 2:1

Qollar: Emin Mahmudov, 35 (0:1), Vensan Abubakar, 57 (1:1), Cekson Muleka, 71 (2:1)
Baş hakim: Julian Veynberger (Avstriya)
İlk oyun - 3:1
"Vodafon Park"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR