UEFA tarixi qərarın astanasında - Yeni format hazırdır

Transferlərlə mövsümə damğasını vuran Səudiyyə Ərəbistanı Pro Liqası daha bir sürpriz addım atır.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanı administrasiyası Pro Liqada çempion olan komandanın "wildcard" götürməsini və UEFA Çempionlar Liqasında oynamasını istəyir.

İtaliya mediasının məlumatına görə, Səudiyyə Ərəbistanı UEFA-ya edəcəyi müraciətdə Çempionlar Liqasında hər komandanın qruplar əvəzinə 8 matç oynayacağı 36 komandalı format təklif edəcək. Bu yolla səudiyyəlilər Çempionlar Liqasında daha çox komandanın iştirak edəcəyini və öz klublarının iştirakına yer aça biləcəklərini düşünürlər.

Qeyd edək ki, bundan UEFA prezidenti Aleksander Çeferin Səudiyyə Ərəbistanı klublarının transfer çılğınlığını təndiq etmiş, krallığı Çin kimi səhv etdiyini bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı