Təkcə ana sağ qaldı: Şəkidəki ağır qəzanın TƏFƏRRÜATI - VİDEO

Şəkidə ağır yol qəzasında həlak olan bir ailənin dörd üzvünün şəxsiyyəti məlum olub.

Metbuat.az "Unikal"a istinadən xəbər verir ki, ata və üç övladı aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, ana isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ölənlər: Ata – 1989-cu il təvəllüdlü Nicat Namiq oğlu Mirzəyev Şəki şəhər sakini.

Övladları – 2012-ci il təvəllüdül Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev.

Yaralı: Ana - 1992-ci il təvəllüdlü Qızxanım Nürəddin Mirzəyeva.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı