İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi Covid-19-un yeni variantı olan "BA.2.86"nın Böyük Britaniyada göründüyünü açıqlyıb.
Metbuat.az xəbər verir ki, ilk dəfə İsraildə aşkarlanan bu variant daha sonra Danimarka və ABŞ-də görülüb.
Qeyd olunub ki, Omikron variantının bir alt növü olaraq ortaya çıxan yeni variantın yaxın zamanda heç yerə səyahət etməyən bir şəxsdə görülüb.
Hazırda ölkədə bu varianta yoluxma sayı ilə bağlı araşdırma aparılır.