Vitse Prezidentin evini soyanlar həbs edilib - VİDEO

Los-Ancelesdə meşə yanğınları səbəbindən tətbiq edilən komendant saatını pozan iki nəfər həbs edilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu həbslər, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin evində mümkün oğurluq hadisələri ilə bağlıdır.

Qeyd edək ki, əvvəlcə yayılan məlumatda bildirilirdi ki, Harrisin yanğınlarla əlaqədar evakuasiya zonasında olan Brentvud bölgəsindəki evində oğurluq faktı aşkar edilməyib.

Harrisin evindən başqa, aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger və NBA ulduzu LeBron Ceymsin də daxil olduğu digər məşhur insanlara məxsus malikanələrin olduğu Brentvuddan görüntülər sosial mediada yayılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı