Rusiyalı qapıçı rəsmən "Qarabağ"da

"Qarabağ" klubu rusiyalı qapıçı Andrey Lunyevin transferini açıqlayıb.

Metbuat.az bildirir ki, oyunçu ilə 1+1 sxemi üzrə müqavilə bağlanıb. Oyunçu mövsüm üçün 200 min avro qazanacaq.

Qeyd edək ki, qapıçı "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" kimi klubların formasını geyinib. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb. O, Rusiyanın əsas millisində 7 oyun keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı