"Mançester Siti" 60 milyona onu alır - Razılıq əldə edildi

Fransada "Renn" forması geyinən belçikalı vinger Jeremi Doku "Mançester Siti"yə keçə bilər.

Metbuat.az bildirir ki, bununla bağlı məşhur insayder Fabritsio Romano məlumat yayıb. Məlumata görə, İngiltərə klubu 21 yaşlı futbolçu üçün 55-60 milyon avro verməyə hazırdır. Futbolçu özü də bu keçidə razıdır.

Doku ilə həmçinin digər Premyer Liqa klubu “Vest Hem” də maraqlanır.

2020-ci ildən “Renn”də çıxış edən Doku ötən mövsüm 35 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR