Hande Harmancı koronavirusun yeni ştamından qorunmağın yollarını açıqladı

“Qlobal dünyada nə varsa Azərbaycanda da olacaq. Yəni, əgər COVID-19-un yeni EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycanda da yoluxma halları baş verəcək”.

Mebuat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

ÜST rəsmisinin sözlərinə görə, bir neçə müddətdir COVID-19-a yoluxma saylarında nisbətən artım var: “Lakin insanlar təşvişə düşmədən özlərini qorumağa davam etmələridirlər. Azərbaycan qlobal dünyanın bir hissəsidir. Ona görə də qlobal dünyada nə baş verirsə, Azərbaycana da təsir edəcək. Yəni, əgər EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycana da gələcək”.

H.Harmancı deyib ki, pandemiya zamanı Azərbaycanın səhiyyə sahəsini səfərbər edə bildi, tibb işçilərini bir araya gətirdi və eləcə də əhaliyə düzgün statistikanı verdi. O vurğulayıb ki, ölkə bununla vacib işləri görməyi bacardı: “Yeni ştamlara qarşı görüləcək tədbirlər əvvəlki kimidir. Məsələn, gigiyena qaydalarına riayət etmək, özümüzü yaxşı hiss etmiriksə evdə qalmaq, maskadan istifadə etmək və s. Yeni EG.5 ştamının yoluxuculuq qabiliyyəti yüksəkdir, lakin bildiyimiz qədər ağır nəticələri olmur”.

Qeyd edək ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı