FHN-dən rentgen müayinələri ilə bağlı əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) rentgen müayinələri ilə bağlı əhaliyə müraciət edib.

FHN-dən Metbuat.az-a daxil olan müraciətdə deyilir:

"Tibb müəssisələrində zəruri təhlükəsizlik tələbləri təmin edildikdən sonra verilən “xüsusi icazə” olmadan rentgen müayinələrinin həyata keçirilməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, həyat və sağlamlığa yaratdığı təhlükə nəzərə alınaraq rentgen müayinələri üçün yalnız “xüsusi icazə”si olan tibb müəssisələrinə müraciət edilməsini və “xüsusi icazə” olmadan fəaliyyət göstərən müəssisələr aşkar edildikdə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir. Rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı “xüsusi icazə”si olan müəssisələrin daim yenilənən siyahısı ilə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalında (https://www.fhn.gov.az/?aze/news/xronika/1/1/1/1000) tanış olmaq mümkündür.

Həmçinin, tibb müəssisələrinə əldə etdikləri “xüsusi icazə” sənədinin şüa diaqnostika şöbəsinin girişində asılması tövsiyə olunur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı